ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib

ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
04:32 16 Noyabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ştatlar özünün Kubaya qarşı qara siyahısına ada dövlətinin silahlı qüvvələrinə aid olan beş mehmanxananı daxil edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət katibi Maykl Pompeonun Dövlət Departamenti tərəfindən yayılmış bəyanatında deyilir.
"Bu gün mən Kuba üzrə qara siyahını yeniləmək qərarını elan edirəm. Kuba hərbçilərinə aid olan beş təşkilat hüquqi şəxslərin siyahısına daxil edilib, hansılarla ki, birbaşa maliyyə əməliyyatları, bir qayda olaraq qadağan edilib", - deyə Amerika diplomatiyasının rəhbəri qeyd edib.
Söhbət ölkənin paytaxtındakı bir mehmanxanadan gedir. Varadero kurort şəhərində bir, həmçinin Hardines-del-Rey arxipelaqında üç mehmanxana sanksiyalar siyahısına salınıb. Amerika xarici siyasət idarəsinin başçısının qərarı noyabrdan qüvvəyə minir.
Pompeo xatırladıb ki, noyabrın 16-da Kuba Havananın 500 illiyini bayram edir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-kubaya-qarsi-sanksiyalar-siyahisini-genislendirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR