Parisdə azərbaycanlı dirijor Əyyub Quliyevin rəhbərliyi ilə konsert keçirilib

Parisdə azərbaycanlı dirijor Əyyub Quliyevin rəhbərliyi ilə konsert keçirilib
05:27 16 Noyabr 2019
124 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə azərbaycanlı dirijorun rəhbərliyi ilə konsert keçirilib.
"Report"un Fransa bürosu xəbər verir ki, Parisin "Saint-Louis-en-l İle" kilsəsində azərbaycanlı dirijor, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, əməkdar artist Əyyub Quliyevin və fransız dirijor Savitri de Rochefortun rəhbərliyi ilə "Zoroastre" (Zərdüşt - red) Vokal və İnstrumental ansamblının konserti təşkil olunub.

Azərbaycanlı dirijorun rəhbərliyi fransalı musiqi həvəskarlarının gürultulu alqışları ilə qarşılanıb. Konserdə bəstəkarların əsərləri səsləndirilib. Təşkilatçılar konsertin azərbaycanlı dirijorun rəhbərliyi ilə baş tutmasından fəxr hissi keçirdikləri bildirib, Azərbaycan haqqında iştirakçılara ətraflı məlumat veriblər.

Savitri de Rochefort tərəfindən 2012-ci yaradılmış "Zoroastre" ansamblı bu gün Fransanın məşhur musiqi zallarında konsertlər verir.
















Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/parisde-azerbaycanli-dirijor-eyyub-quliyevin-rehberliyi-ile-konsert-k

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR