İstirahət günlərində gözlənilən hava proqnozu

İstirahət günlərində gözlənilən hava proqnozu
09:08 16 Noyabr 2019
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin noyabrın 16-sı, 17-də gecə və səhər Böyük Qafqazın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 8-13, dağlıq rayonlarda 4-9 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 9-13, dağlıq rayonlarda 5-9 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin noyabrın 16-da gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 11-16 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə bəzi yerlərdə yağış yağacağı, noyabrın 16-da günün ikinci yarısında, 17-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 11-14 dərəcə isti təşkil edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3149482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR