Yeni azadlığa çıxan Fədayə Laçının ADAM DÖYƏN VAXTI - FOTO

Yeni azadlığa çıxan Fədayə Laçının ADAM DÖYƏN VAXTI - FOTO
09:42 16 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

2 illik həbsxana həyatından sonra bu yaxınlarda azadlığa çıxan Fədayə Laçın məktəbdə oxuduğu illərdə bacısı İlahə ilə çəkdirdiyi fotosunu paylaşıb.

Milli.Az xəbər verir ki, sənətçi paylaşımına "Ah cavanlıq, cavanlıq" şərhini yazıb.

Qeyd edək ki, müğənni qonağı olduğu "Hər şey daxil"də məktəbdə oxuduğu illərdə Maştağada yaşadıqlar zaman arxasınca düşən oğlanı döydüyünü demişdi:

"Bilirsiniz necə oldu? Mən ona demişdim ki, mənim arxamca düşmə. Biz o vaxtı Maştağa tərəfdə olurduq. Orada kanal var e, deyirdim "Səni bu kanala ataram, düşmə mənim dalımca. Bir dəfə-iki dəfə düşdü dalımca. Məktəbdən çıxanda bizim yolumuz çox uzun idi. Avtobusdan düşüb, xeyli gedirdin də. O yerlərdə mənim arxamca gəlirdi. Mən ona dedim ki, "Gəlmə arxamca, səni döyüb kanala atacam". Anama da demişdim ki, "Ana, mən bir nəfəri kanala atsam, məndən inciməyin. Sonra gördüm yenə dalımca düşüb. Mən buna əl atdım ki, döyəm, o da qoxdu. Kurtkasının qabağı açıq idi. Fırlandı qaçmağa, mən kurtkadan yapışdım. Kurtkanın içindən çıxdı, qaçdı". 

Xatırladaq ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı "Qoca" ləqəbli kriminal aləmin üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu.

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/802697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR