Neslican Tayın heykəli qoyuldu -

Xəstəlikdən dolayı sol ayağını itirən və dördüncü dəfə xərçəng xəstəliyinə tutulan Neslican Tay 2 ay əvvəl vəfat edib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Bodrumda yaşayan bir memar onun xatirəsini yaşatmaq üçün dəmirdən heykəlini yaradıb. O, düzəltdiyi heykəli Bodrum bələdiyyəsinə hədiyyə edib, bələdiyyə isə heykəli bağçada yerləşdirib.

Heykəlin arxasındakı mələk qanadları isə görənləri duyğulandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR