Göygöldə qəzaya uğrayan avtomobilin sürücüsü qaçıb

Göygöldə qəzaya uğrayan avtomobilin sürücüsü qaçıb
10:57 16 Noyabr 2019
130 Digər
Ölkə mətbuatı
A- A+

Göygöl rayonunda avtomobilin dərəyə aşması ilə bağlı cinayət işi başlanılıb.
"Report"un xəbərinə görə, hadisə rayonun Zurnaabad kəndində qeydə alınıb.
Belə ki, sürücü Taleh İsmayılovun idarə etdiyi "VAZ-2121" markalı avtomobil idarəetmədən çıxıb və yolun kənarında olan dərəyə aşıb.
Nəticədə avtomobilin içərisində olan sərnişin - Göygöl rayon sakini, 1996-cı il təvəllüdlü Gülnür Fazil qızı Qocayeva hadisə yerində ölüb. Sürücü isə hadisə yerindən qaçıb.
T.İsmayılovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə cinayət işi başlanılıb və Göygöl Rayon Polis Şöbəsində istintaq aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goygol-avtomobil-dereye-asib-surucu-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR