İcra başçısının 1-ci müavini istefa verdi

Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rasim Novruzov vəzifəsindən azad olunub.

Mətbuat.az bildirir ki, bu barədə İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, icra başçısının 1-ci müavini Rasim Novruzov öz xahişi ilə vəzifəsindən azad edilib.

R.Novruzovun ərizəsi qəbul edilib. Məlumata görə, R.Novruzov səhhəti ilə bağlı vəzifəsindən azad olunmasını xahiş edib.

O həmçinin Rayon Fövqəladə Hallar Komissiyasının sədri idi.

Hazırda onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl icra başçısının digər müavini İqbal Mikayılov da istefa verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR