ABŞ Kubaya qarşı sanksiya siyahılarını genişləndirdi

ABŞ Kubaya qarşı sanksiya siyahılarını genişləndirdi
11:37 16 Noyabr 2019
83 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ, Kubaya aid qara siyahısına adanın silahlı qüvvələrinə məxsus beş otelini əlavə edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin dövlət katibi Maykl Pompeo tərəfindən verilən açıqlamada deyilib.

Amerika diplomatiyasının başçısı deyib: "Kubaya aid qara siyahının yenilənməsi ilə bağlı qərarı elan edirəm. Kuba hərbi qüvvələrinə məxsus beş təşkilat birbaşa maliyyə əməliyyatlarının qadağan edildiyi hüquqi şəxslər siyahısına daxil edilib".

Sanksiyalarda paytaxtdakı bir oteldən, digəri Varadero kurort şəhərciyindən, həmçinin "Jardines del Rey" arxipelaqındakı üç oteldən bəhs edilır. Qərar noyabrın 19-da qüvvəyə minir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/802722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR