Bağdadda partlayış: 6 nəfər ölüb, 30 nəfər yaralanıb

Bağdadda partlayış: 6 nəfər ölüb, 30 nəfər yaralanıb
11:52 16 Noyabr 2019
60 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın paytaxtı Bağdadda hökumət əleyhinə etiraz aksiyalarının keçirildiyi yerin yaxınlığında baş verən partlayış nəticəsində 6 nəfər ölüb, daha 30 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, partlayıcı qurğu avtomobilin altında quraşdırılıb. Partlayış noyabrın 15-də axşam saatlarında etirazların keçirildiyi Təhrir meydanının yaxınlığında yerləşən əl-Təyarən meydanında baş verib.

Oktyabr ayının əvvəlindən davam edən etirazlar zamanı aksiya iştirakçıları hökumətin istefasını, korrupsiyaya, işsizliyə qarşı mübarizəni və daha yaxşı yaşayış şəraitini tələb edirlər. İraqın Baş naziri nümayişlərin başlamasından əvvəl Nazirlər Kabinetində yerdəyişmələri və seçki qanununda dəyişiklik etməyi planlaşdırdığını açıqlamışdı. Bununla birlikdə, bütün hökumətin istefasını ölkəni xaosa sürükləyəcəyini söyləmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/802724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR