Vilayət Eyvazovdan mühüm vəzifəyə yeni TƏYİNAT

Vilayət Eyvazovdan mühüm vəzifəyə yeni TƏYİNAT
12:18 16 Noyabr 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Daxili işlər orqanlarında kadr dəyişikliyi baş tutub.

Publika.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Tərxan Əhmədov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinə yeni rəis təyin olunub.

O, bundan əvvəl Səbail rayonu 39-cu Polis Bölməsinin rəisi işləyib.

Məlumat DİN-in mətbuat xidmətindən saytımıza təsdiq edilib.

Qeyd edək ki, BŞBPİ-nin İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev dünən İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/296309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR