Bazar günü yağmursuz hava şəraiti hökm sürəcək

Bazar günü yağmursuz hava şəraiti hökm sürəcək
13:01 16 Noyabr 2019
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-14° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2-dək isti, gündüz 3-8° isti təşkil edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3149774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR