“Səadan” yatağında istismara verilən yeni quyudan sutkada 10 ton neft hasil olunur

“Səadan” yatağında istismara verilən yeni quyudan sutkada 10 ton neft hasil olunur
18:38 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
“Səadan” yatağında 1800 nömrəli quyu qazmadan sonra istismara verilib. Quyudan sutkada 10 ton neft hasil olunur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” neft və qazçıxarma idarəsinin sifarişi əsasında kompleks qazma işləri tresti tərəfindən Maykop çöküntülərinə qazılmış quyu fontan üsulu ilə məhsul verib və 1400-751 metr intervaldan 10 ton/sutka neft hasilatı ilə istismar fonduna qəbul olunub.
Qeyd edək ki, 1800 nömrəli quyudan sutkalıq 3-4 ton neft hasilatı gözlənilirdi. Alınmış nəticə yataqda əlavə quyuların da qazılmasına əsas verir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Seadan_yataginda_istismara_verilen_yeni_quyudan_sutkada_10_ton_neft_hasil_olunur-825377

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR