İsrail “Həmas”ın obyektlərini vurdu

İsrail “Həmas”ın obyektlərini vurdu
13:27 16 Noyabr 2019
117 Dünya
Ölkə mətbuatı
A- A+

İsrail Qəzza zolağında "Həmas" qruplaşmasına hücum edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsrail ordusu rəsmi Tvitter hesabında məlumat yayıb: 

"Hal-hazırda Həmas terror qruplaşmasının obyektlərinə hücum edirik. Hücum İsrail ərazisinin gecə atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Döyüşçülərimiz "Həmas"ın obyektlərinə, o cümlədən hərbi düşərgəyə və dəniz qüvvələrinin istifadə etdiyi bir kompleksə, qruplaşmanın yeraltı infrastrukturuna hücum ediblər".

Qeyd edək ki, daha əvvəl Qəzza zolağından İsrailin cənubundakı Beer-Şeva şəhərinə iki raketin atıldığı, onların "Dəmir günbəz" raketdən müdafiə sistemi tərəfindən tutulduğu bildirilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/802774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR