Rusiyada keçmiş nazirin nəvəsinin ölüm səbəbi bilindi

Rusiyada keçmiş nazirin nəvəsinin ölüm səbəbi bilindi
13:37 16 Noyabr 2019
133 Dünya
Ölkə mətbuatı
A- A+

Dağıstanın keçmiş Kənd Təsərrüfatı nazirinin nəvəsi və istedadlı rus skripkaçısı Yekaterina Tsukanovanın ölümünün səbəbləri barədə yeni faktlar ortalığa çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 17 yaşlı qız "Calvin Klein" adlı narkotikdən yüksək dozada qəbul etdiyinə görə deyil, "Kovent-Garden"də çıxış etdikdən səkkiz gün sonra atasının Londondakı malikanəsində asılmış vəziyyətdə tapılıb. 

Araşdırma zamanı məlum olub ki, Katya psixoloquna imtahanlarla əlaqədar yaranan stresdən şikayət edib, amma faciə baş verən zaman o artıq akademik məzuniyyətə gedib.

Qızın ölümündən sonra atası - bankir İqor Tsukanov "The Telegraph"a maraqlı açıqlama verib:

"Qızım çox xoşbəxt idi, parlaq gələcəyi var idi. Çox ağıllı bir qız idi və yalnız bir səhv seçim etdi".

İstintaq Katyanın qanında heç bir narkotik maddənin olmadığını, yalnız alkoqol olduğunu və boğularaq öldüyünü bəyan edib. Eyni zamanda, müstəntiq Tsukanovanın özünü öldürmək istəmədiyini iddia edib: 

"Onun ölümü "faciəvi bir qəza"dır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/802776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR