Sumqayıt Olimpiya İdman Kompleksində akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatları keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatları keçirilir
13:52 16 Noyabr 2019
69 İdman
Ölkə mətbuatı
A- A+

15-16 noyabr tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində dörd gimnastika növü - kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan çempionatı və Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və açıq Bakı çempionatı və aerobika gimnastikası üzrə Azərbaycan çempionat və Bakı birinciliyi keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, noyabrın 16-da akrobatika gimnastikası və aerobika gimnastikası üzrə yarışlar keçirilir.

Akrobatika gimnastikası üzrə yarışlarda gimnastlar "uşaqlar", "yeniyetmələr", "gənclər" və böyüklər yaş qruplarında iştirak edir.

Aerobika gimnastikası üzrə "balacalar", "uşaqlar", yeniyetmələr yaş qruplarında yarışlark keçiriləcəl

Yarışlarda Bakı klubları ilə yanaşı, Sumqayıt, Balakən və Şabran təmsilçiləri də qalib olmaq üçün mübarizə aparacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/802828.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR