ABŞ Türkiyə ilə bağlı elə etiraflar etdi ki... - Gözlənilməz həmlə

ABŞ Türkiyə ilə bağlı elə etiraflar etdi ki... - Gözlənilməz həmlə
14:03 16 Noyabr 2019
96 Digər
Ölkə mətbuatı
A- A+

“Dürüst desək, Suriyada kürdlər İŞİD qədər YPG-dən də qaçıb Türkiyəyə sığındılar”.

Publika.az xəbər verir ki, bu sözləri ABŞ-ın Suriya Məsələləri üzrə Xüsusi Nümayəndəsi Ceyms Ceffri deyib.

ABŞ Dövlət katibi Mayk Pompeo ilə NATO-nun baş katibi Yens Stoltenberqin də qatıldığı İŞİD-lə Mübarizə Koalisiyasının toplantısını təşkil edən Ceffri bildirib ki, Türkiyə ABŞ-a “Barış Pınarı” anti-terror əməliyyatından sonra yaradılması planlaşdırılan təhlükəsiz bölgəyə 1 milyon qaçqın yerləşdirməsinə dair vədlər verib: “Bu qaçqınların içində 350 min kürd də var. Bu kürdlərin bir qismi İŞİD-dən qaçarkən, bir qismi də PYD/YPG-dən qaçdı. İndi isə bölgəyə geri qayıtmaq istəyirlər”.

Toplantıda İŞİD terror təşkilatının tərkibində döyüşmüş ABŞ və Avropa ölkələri vətəndaşlarının ölkələrinə geri qaytarılmasına dair anlaşmazlıq da gün üzünə çıxıb. Fransanın İŞİD-çiləri İraqda istintaqa çəkməsi təklifi ABŞ tərəfindən “məsuliyyətsizcə” ifadəsilə şərh olunub.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/296311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR