“Sarı jiletlilər” yenidən meydanda - 16 NƏFƏR HƏBS OLUNDU

“Sarı jiletlilər” yenidən meydanda - 16 NƏFƏR HƏBS OLUNDU
15:23 16 Noyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Parisdə “Sarı jiletlilər” hərəkatının tərəfdarlarının planlaşdırdığı aksiyada 16 nəfər saxlanılıb.

Publika.az xəbər verir ki, şənbə mitinqi etirazçılar və polis arasında iğtişaşlar və toqquşmalarla müşayiət olunur.

Polis paytaxtda 1192 profilaktik yoxlama aparıb.

Daha əvvəl məlumat verilmişdi ki, aksiyanın ildönümü ilə əlaqədar paytaxtda və regionlarda şənbə-bazar günləri etiraz aksiyaları keçiriləcək.

Qeyd edək ki, “Sarı jiletlilər”in kütləvi etirazları ötən ilin 17 noyabrında başlamışdı. Onların tələblərinə yanacaq vergisinin artırılmaması və digər məsələlər daxil idi. Etiraz aksiyaları daha sonra prezident Emmanuel Makron və onun hökumətinə qarşı çevrildi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/296330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR