Kürdəmirdə maşın qaçıran şəxs

Kürdəmir rayonunda maşın qaçıran şəxs tutulub.

Metbuat.az DİN-in saytına istinadən xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də şəhər ərazisindən Atakişili kənd sakini Z.Rzayevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini E.Kərimov avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR