MSK 499 müşahidəçini qeydə alıb

Azərbaycanda bu ilin dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün indiyədək 499 müşahidəçi qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, müşahidəçilərin 72-si MSK, 427-i isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR