Gürcüstandan qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlər aşkarlanıb (FOTO)

Gürcüstandan qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlər aşkarlanıb (FOTO)
17:29 16 Noyabr 2019
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 7800 ədəd siqaretin və 1872 ədəd şirniyyat məhsullarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn vətəndaşların idarə etdiyi "VAZ-21033" və "Honda Ridgeline" markalı avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 7800 ədəd "King" markalı siqaret və üzərində "Kent Kakao" sözləri yazılan 1872 ədəd şirniyyat məhsulları aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3149738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR