"Qalatasaray"a görə Braziliyadan İstanbula gəlir - FOTO

"Qalatasaray"a görə Braziliyadan İstanbula gəlir - FOTO
17:47 16 Noyabr 2019
155 İdman
Ölkə mətbuatı
A- A+

Hər zaman "Qalatasaray" azarkeşi olduğunu deyən və tez-tez sosial media hesabından İstanbul klubunun forması ilə fotolarını paylaşan model Vanessa Vailatti Türkiyəyə gəlir.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Instagram"da 302 min izləyicisi olan braziliyalı gözəl Super Liqanın "Qalatasaray" - "Başakşəhər" oyununu canlı izləyəcək. Vanessa bu barədə "Instagram"da yazıb.

""Qalatasaray" azarkeşlərinə salam. Gələn həftə "Başakşəhər" matçında Misli.com-un qonağı olaraq mən də stadionda olacam. Gözlə məni İstanbul. #HaydiCimbom", - model türkcə yayımladığı mesajda qeyd edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/802772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR