Yasamalda 16 yaşlı gənc bıçaqlanıb

Yasamalda 16 yaşlı gənc bıçaqlanıb
18:32 16 Noyabr 2019
105 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə "Hyatt Regency" otelinin yaxınlığında qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Əhmədov Azad Şakir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 
Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata yerləşdirilib. Faktla bağlı araşdrıma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yasamalda-16-yasli-genc-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR