Müğənni sinəsini açıb, etiraz etdi - FOTO

Müğənni sinəsini açıb, etiraz etdi - FOTO
18:57 16 Noyabr 2019
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

Çilili müğənni Mon Laferte Las-Veqasda təşkil edilən "Latın Qremmi" mükafatları gecəsinə qatılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "ən yaxşı alternativ musiqi albomu" mükafatı alan ifaçının hərəkəti gecəyə damğa vurub. O, ölkəsindəki siyasi aksiyalara etirazını bildirmək anidən pencəyini soyunaraq, sinəsində yazılan "Çilidə insanlara işgəncə verirlər, təcavüz edib öldürürlər" yazısını göstərib. İfaçı gecədə Çilidən olan şair La Çinqeranın bir şeirini oxuyub.

Qeyd edək ki, sözügedən ölkədə 1 aydan çoxdur ki, qeyri-bərabərlik və sosial həyatın yaxşılaşdırılması ilə bağlı aksiyalar keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/802683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR