Bakıda zəncirvari qəza, xəsarət alanlar var -

Bakıda zəncirvari qəza olub.

Metbuat.az xəbər verir ki, hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iki minik avtomobilinin toqquşması barədə məlumat təcili yardıma saat 18.34-də daxil olub.

Qəza nəticəsində xəsarət alan 27 yaşlı kişi başın kəsilmiş yarası, qapalı kəllə beyin travması, 22 yaşlı qadın qarının küt travması, daxili qanaxma ehtimalı, 27 yaşlı qız müştərək travma diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıblar.

Qəza nəticəsində yüngül xəsarət alan 32 yaşlı qıza hadisə yerində yardım göstərilib və o hospitalizasiyadan imtina edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR