Azərbaycan - Uels matçında ilk hissə başa çatıb

Azərbaycan - Uels matçında ilk hissə başa çatıb
21:52 16 Noyabr 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

AVRO-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan - Uels matçında ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, "Bakcell Arena"da keçirilən oyunda qonaq komanda 2:0 hesabı ilə öndədir.

21:36***
AVRO-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan - Uels matçında ikinci qol vurulub.
"Report"un məlumatına görə, "Bakcell Arena"da keçirilən oyunda qonaq komandanın futbolçusu Harri Uilson 34-cü dəqiqədə fərqi iki topa çatdırıb - 0:2

***21:13
AVRO-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan - Uels matçında hesab açılıb.
"Report"un məlumatına görə, "Bakcell Arena"da keçirilən oyunda qonaq komandanın oyunçusu Kiffer Mur 10-cu dəqiqədə fərqlənib - 0:1.

***21:00
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.
"Report" xəbər verir ki, “Bakcell Arena”da keçirilən görüşü Almaniyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Deniz Aytekindir.
Milli komandaların start heyətləri də bəllidir:
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k). 3. Şəhriyar Rəhimov. 4. Bəhlul Mustafazadə 6. Bədavi Hüseynov. 7. Araz Abdullayev. 11. Ramil Şeydayev. 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk. 20. Riçard Almeyda, 21. Pavel Paşayev
Uels: 1. Ueyn Hennessi, 4. Ben Deyvis, 5. Kris Mefam. 7. Harri Uilson, 11. Qaret Beyl (k), 13. Kiffer Mur, 14. Tayler Roberts, 15. Etan Ampadu, 16. Tom Lokyer, 18. Co Morrell. 20. Daniel Ceyms. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-uels-matcinda-ilk-hisse-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR