Rayan Giqqz: “Azərbaycanla matç çətin keçdi”

Rayan Giqqz: “Azərbaycanla matç çətin keçdi”
23:37 16 Noyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

“Bizim üçün hesab qənaətbəxş idi. Komandadan razı qaldım. Bəzi şeyləri inkişaf etdirmək olar. Oyunda təzyiq də var idi”.
“Report”un məlumatına görə, bu fikirləri Uels millisinin baş məşqçisi Rayan Giqqz AVRO-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qalib gəldikləri (2:0) oyundan sonra mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis bildirib ki, bundan əvvəl çətin oyunları olub: “Azərbaycan coğrafi baxımdan rahat gələ biləcəyimiz ölkə deyil. Rəqib evdə oynasa da yaxşı nəticə qazana bildik”.
Məşqçi deyib ki, Azərbaycanla matç da digər oyunlar kimi çətin keçib: “Bu gün Macarıstan qrupda istirahət edir və bu növbəti matçda onlara əlavə güc verə bilər. Azərbaycanla qarşılaşmada bəzi künc zərbələrindən istifadə edə bilmədik, bundan narazıyam”.
Giqqz Qaret Beyl və Aaron Remsinin Macarıstanla növbəti oyunda meydana start heyətində çıxa biləcəyini vurğulayıb: “Biz oyunlarda dəyişikliklərin faydalı olmasına çalışırıq. Ona görə də bu gün Remsi start heyətdə yox idi. Ona istirahət verdik”.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/rayan-giqqz-azerbaycanla-matc-cetin-kecdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR