Ermənistanda 4-ü uşaq olmaqla 5 nəfər dəm qazından zəhərlənərək ölüb

Ermənistanda 4-ü uşaq olmaqla 5 nəfər dəm qazından zəhərlənərək ölüb
23:42 16 Noyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda dəm qazından zəhərlənmə nəticəsində beş nəfər ölüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin İnformasiya və İctimaiyyətiylə əlaqələr şöbəsinin rəisi Naira Arutunyan deyib. Onun sözlərinə görə, ölənlərin biri yaşlı qadın, digərləri azyaşlıdır.
Hadisə İrəvan şəhərindən 25 km məsafədə yerləşən Nor-Açin şəhərində baş verib. 
Evlərin birində 77 yaşlı qadının və dörd azyaşlı uşağın meyiti aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır. İlkin məlumata əsasən, hadisə dəm qazından zəhərlənmə nəticəsində baş verib.


Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-4-u-usaq-olmaqla-5-nefer-dem-qazindan-zeherlenerek-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR