Paytaxda qəza törədən sürücü hadisə yerindən qaçıb

Paytaxda qəza törədən sürücü hadisə yerindən qaçıb
01:12 17 Noyabr 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.
Belə ki, naməlum avtomobil taksi fəaliyyəti göstərən, 1993-cü təvəllüdlü Rüstəmov Talehin idarə etdiyi “Ravon” markalı 90-PN-361 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.
Hadisə nəticəsində Rüstəmov Taleh və onun sərnişini olan xanım müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar. Polis hadisənin təfərrüatını araşdırır. 
Ramin Şahbazov


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/paytaxda-qeza-toreden-surucu-hadise-yerinden-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR