"Qara Qarayevə qarşı oynamaq çox çətindir" - Ben Deyvis

"Qara Qarayevə qarşı oynamaq çox çətindir" - Ben Deyvis
09:42 17 Noyabr 2019
93 İdman
Ölkə mətbuatı
A- A+

Uels millisinin üzvü Ben Deyvis Avro-2020-nin seçmə mərhələsində Bakıda millimizə qalib gəldikləri oyundan (2:0) sonra Qol.az-ın suallarını cavablandırıb.

- Düşünmürsünüz ki, Azərbaycan yığması Kardiffdə keçirilən oyunda daha yaxşı çıxış etdi?

- Bəli, Komanda olaraq Azərbaycan rəqiblərə çətinlik yarada bilir. Düşünürəm ki, nəticə komanda səviyyəsini əks etdirmir. Azərbaycan yaxşı çıxış etdi. Əminəm ki, gələcəkdə komandalar onlarla oyundan çəkinəcəklər. Bəli, bu gün şanslı idik. 2-ci gün bizi Macarıstanla böyük oyun gözləyir. Növbəti mərhələ ümidlərimizi bu oyuna saxlamışıq.

- Azərbaycan yığmasında hansı futbolçunun çıxışını bəyəndiniz?

- Rəqibin yaxşı oyunçuları var. Cinahda çox yaxşı oynayırlar. Mərkəzdə kapitanınız Qara Qarayevin oyunun xüsusilə qiymətləndirirəm. Çox yaxşı top saxlayır. Ona qarşı oynamaq olduqca çətindir. Yaxşı oyunçularınız var. Çətin oyun oldu. Bizə problem yarada bildilər.

- Bugünkü matçda Uels azarkeşlərinin sayı demək olar ki, yerli azarkeşlər qədər idi.  Bu sizin üçün gözlənilməz olmadı?

- Xeyr, bizim möhtəşəm azarkeşlərimiz var. Onlar səyahət etməyi, səfər etməyi sevirlər. Oyunçularla birlikdə Bakıya gəldilər. Fərqli mədəniyyətlər görmək və bunlardan həzz almağı azarkeşlərimiz çox sevir. Onların bizə dəstək olması gözəl hissdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/802887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR