Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızı Milli Dirçəliş Günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızı  Milli Dirçəliş Günü münasibətilə təbrik edib
09:42 17 Noyabr 2019
31 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib.
"Report" xəbər verir ki, paylaşımda deyilir: “Bu gün – 17 Noyabr – birlik və həmrəylik, Vətənə və milli dövlətçiliyə sədaqət kimi nəcib hissləri təcəssüm etdirən Milli Dirçəliş Günüdür. Bu bayram münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, hər bir soydaşımıza cansağlığı, sevgi və səadət arzulayıram! Qoy xalqımızın həmrəyliyi, dövlət müstəqilliyimiz, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq əbədi olsun!”.


Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/birinci-vitse-prezident-mehriban-eliyeva-xalqimizi-milli-dircelis-gunu-munasibetile-tebrik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR