Azərbaycan “Tokio 2020”-yə 10 lisenziya qazanıb

Azərbaycan “Tokio 2020”-yə 10 lisenziya qazanıb
10:15 17 Noyabr 2019
109 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan idmançıları indiyədək “Tokio 2020” Yay Olimpiya Oyunlarına 10 lisenziya qazanıblar.

Trend-in məlumatına görə, Anna Skidanın (çəkicatma), güləşçilər Mariya Stadnik (50 kq) və Şərif Şərifovun (97 kq), bədii gimnastımız Zöhrə Ağamirovanın, bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın, güllə atıcımız Ruslan Lunyovun, üzgüçümüz Maksim Şemberevin, idman gimnastları Marina Nekrasova və İvan Tixonovun, həmçinin kişilər arasında şose velosipedi növündə 1 idmançımızın dördilliyin zirvə yarışında ölkəmizi təmsil edəcəkləri dəqiqləşib.

Qeyd edək ki, “Rio 2016” Yay Olimpiya Oyunlarına 56 idmançı ilə qatılan Azərbaycan komandası 1 qızıl, 7 gümüş və 10 bürünc medala sahib olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3149992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR