Millinin baş məşqçisi başından zədələndi - Heç nə xatırlamadı

Millinin baş məşqçisi başından zədələndi - Heç nə xatırlamadı
13:32 17 Noyabr 2019
132 İdman
Ölkə mətbuatı
A- A+

Malta millisinin baş məşqçisi Reymond Farrudca dünən İspaniyaya qarşı keçirilən Avro-2020-nin oyununda (0:7) başından zədə alıb.

Milli.Az Qol.az-a istinadla yazır ki, 64-cü dəqiqədə onun başı məşqçilərin oturduğu zonada çərçivəyə dəyib. Bu zaman onun başından qan açılıb. Həkimlər dərhal məşqçiyə tibbi kömək göstəriblər.

Görüşdən sonra mütəxəssis bildirib ki, o, oyunun son 20 dəqiqəsində baş verənləri xatırlamır: "Zədə aldıqdan sonra demək olar heç nə yadımda qalmayıb".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/802934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR