Zaqatalanın 2 kəndində yanğın oldu

Zaqatalanın 2 kəndində yanğın oldu
14:48 17 Noyabr 2019
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Zaqatala rayonunun Car kəndində ümumi sahəsi 44 m² olan köməkçi tikilinin tavanı 6 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Publika.az xəbər verir ki, oxşar hadisə Zaqatala rayonunun Əliabad kəndində də baş verib. Ümumi sahəsi 70 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar 40 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı ferma yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/296397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR