İrəvan yaxınlığında 5 nəfərin meyiti tapıldı

İrəvan yaxınlığında 5 nəfərin meyiti tapıldı
15:33 17 Noyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda yaşlı bir qadının və dörd uşağın dəm qazından zəhərlənərək öldüyü ehtimal edilir.

Trend-in məlumatına görə, bu barədə İstintaq komitəsinin nümayəndəsi Naira Arutyunyan bildirib.

N.Arutyunyanın sözlərinə görə, hadisə İrəvandan 25 kilometr məsafədə Nor-Açin şəhərində baş verib:

"Mənzillərin birində 77 yaşlı qadının və dörd azyaşlı uşağın meyiti tapılıb".

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

N.Arutyunyan qeyd edib ki, ilkin məlumata görə, beş nəfərin ölümü dəm qazından zəhərlənmə nəticəsində baş verib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/296399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR