Soyuq havalarda gözləri soyuqdan necə qorumaq lazımdır? - Oftalmoloq izah edir

Soyuq havalarda gözləri soyuqdan necə qorumaq lazımdır?  - Oftalmoloq izah edir
15:52 17 Noyabr 2019
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Hava soyuduqda bəzi insanlarda göz infeksiyaları baş qaldırır. Belə ki, insanlar göz sulanmasından, işığa qarşı həssaslıqdan şikayət edirlər.

Bəs soyuq havalarda gözləri soyuqdan necə qorumaq lazımdır?

Milli.Az xəbər verir ki, bu barədə Lent.az-ın suallarını cavablayan oftalmoloq Qəmər İsmayılova bildirib ki, havalar soyuduqda immunitet zəifləyir və ən həssas orqan olan gözlərdə problem yaranır:

"Bu havalarda mütləq gözün təmizliyinə diqqət edilməlidir. Bildiyiniz kimi, payız mövsümündə bir çox xəstəliklər, infeksiyalar baş qaldırır. Bunlar arasında göz infeksiyaları da yer alır. Buna görə öncə gigiyenik qaydalara riayət edilməli, əlləri və üzü tez-tez yumaq lazımdır. Göz infeksiyası qaşınma, sulanma, qızartı kimi hallarla müşahidə edilir. Bəzən 1-2 həftəyə keçir, amma vaxtında qarşısı alınmazsa, daha ciddi fəsadlara yol aça bilər".

Həkimin sözlərinə görə, göz infeksiyası keçici olduğu üçün həmin xəstəyə aid dəsmal və ya kosmetik vasitələrdən istifadə etmək olmaz:

"Havanın soyuması göz ətrafındakı damarların daralmasına da səbəb olur. Soyuq havalarda göz ətrafı damarların daralması görmə qabiliyyətini də zəiflədir. Bu isə açıq havada çox olan insanlarda müşahidə edilir. Əgər bu hal baş veribsə, mütləq mütəxəssisə müraciət edilməli və vaxtında müalicə olunmalıdır.

Həmçinin soyuq aylarda gigiyenik cəhətdən gözləri təmiz saxlamaq və nəmləndirici göz damcılarından istifadə etmək lazımdır. Eyni zamanda təkcə günəşli havalarda deyil, soyuq havalarda da şüalara qarşı qoruyucu gün eynəklərindən istifadə etmək məsləhətdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/802466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR