Şokoladlı desert - Usta öz sirlərini açır - VİDEO

Şokoladlı desert - Usta öz sirlərini açır - VİDEO
16:05 17 Noyabr 2019
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az Lent.az-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.

Tərkibi:

Qatılaşdırılmış süd, şokolad, qoz və sport peçenye.

Hazırlanması:

Peçenye ilə qozu doğrayırıq, üzərinə qatılaşdırılmış süd əlavə edib qarışdırırıq. Sonra yumrulayıb boşqaba yığırıq. Daha sonra qaba qatılaşdırılmış südü əlavə edib, ocağın üstünə qoyuruq. Qatılaşdırılmış süd isinəndən sonra içərisinə şokoladı əlavə edib əridirik. Şokolad tam əriyib südlə qarışdıqdan sonra ocaqdan götürüb soyuduruq. Şokoladı tam soyutmaq lazım deyil ki, bərkiməsin. Daha sonra qaba şokoladı, üzərinə isə peçenyedən hazırladığımız şirniyyatı əlavə edirik. Üzərinə də şokolad əlavə edib zövqə uyğun bəzəyirik. Daha sonra soyuducuya qoyub 2 saat saxlayırıq. Soyuducudan çıxardıqdan sonra servis edirik.

Nuş olsun!

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/kilinariya/802472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR