"Qarabağ"ın futbolçusu zədələndi - Heyətdən çıxarıldı

"Qarabağ"ın futbolçusu zədələndi - Heyətdən çıxarıldı
16:48 17 Noyabr 2019
121 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" klubunun və Azərbaycan milli komandasının üzvü Maksim Medvedev zədəli olduğu üçün Avro-2020-nin seçmə mərhələsində noyabrın 19-da Trnava şəhərində keçiriləcək Slovakiya – Azərbaycan oyununa yollanacaq heyətdən çıxarılıb.

Publika.az xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb.

Qeyd edək ki, Almaniyanın “Proyssen” klubunun üzvü Rüfət Dadaşov noyabrın 14-də keçirilmiş məşqdə zədələndiyi üçün millinin heyətindən çıxarılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/296403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR