Azərbaycan atletləri beynəlxalq turnirdəki çıxışlarına yekun vurublar

Azərbaycan atletləri beynəlxalq turnirdəki çıxışlarına yekun vurublar
17:37 17 Noyabr 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 14-17-də Türkiyənin Qaziantep şəhərində keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatmaq üzrədir.
Azərbaycan Ağır Atletika Federasiyasından "Report"a verilən məlumata görə, 2020-ci il Tokio Olimpiya Oyunların gümüş səviyyəli lisenziya xarakterli olan yarışda 20-dən çox ölkədən 80-ə yaxın atlet çıxış edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Füqan Əliyev (81 kq) Tarmenxan Babayev (96 kq) körpücük üzərinə çıxıblar.
Dünən millimizin üzvlərindən Füqan Əliyev mübarizəyə qoşulub. O, kişilərdə 81 kq çəki dərəcəsində yarışıb. Gənc atletimiz toplam 291 kq (131+160) nəticə ilə bu çəkidə 5-ci yeri tutub.

Yığmamızdan son olaraq bu gün Tarmenxan Babayev qüvvəsini sınayıb. O, kişilərdə 96 kq çəki dərəcəsində yarışıb. Atletimiz toplam 313 kq (143+170) nəticə ilə 7-ci yeri tutub.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-atletleri-beynelxalq-turnirdeki-cixislarina-yekun-vurubl

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR