Ekoloqdan hava dəyişkənliyi barədə: “Yeni buzlaq dövrünə qədəm qoymuşuq”

Ekoloqdan hava dəyişkənliyi barədə: “Yeni buzlaq dövrünə qədəm qoymuşuq”
18:27 17 Noyabr 2019
109 Maraqlı
Ölkə mətbuatı
A- A+

Kəskin baş verən hava dəyişiklikləri insan sağlamlığına təsirsiz ötüşmür. Bəs görəsən, hava şəraitində birdən-birə baş verən dəyişikliklər nə ilə bağlıdır? Havaların kəskin dəyişməsi hansı problemlərə, insan sağlamlığında hansı fəsadlara yol aça bilir?

Milli.Az xəbər verir ki, bu barədə Həkim Rafiq Bayramov Modern.az-a bildirib ki, hava dəyişkənliyi ilə bağlı tənəffüs sistemi infeksiyaları çox müşahidə edilir:

"Ağciyər xəstəlikləri mütəxəssisi kimi onu deyə bilərəm ki, orqanizm adaptasiya olmadığı və immun sistemi normal olmadığı üçün tənəffüs infeksiyaları artır. Burada temperaturun anormal olması səbəbindən xəstəlik törədicilərinin də ətraf mühitdə uzun müddət öz həyat fəaliyyətini qorunması və yayılması əsas səbəblərdəndir".

Havaların kəskin şəkildə dəyişməsinin əsas səbəblərini isə tanınmış ekoloq Telman Zeynalov bizimlə bölüşüb.

"Havanın kəskin dəyişməsi Yer kürəsinin Günəş ətrafındakı hərəkətindən aslıdır. Mən 77 ildir ki, Bakıda doğulub, yaşayıram, həm istini, həm də soyuğu görmüşəm. Bu, "buzlaqlar dövrü"dür. Buzlaqlar dövründə hava qəfil ya isti, ya da soyuq olur. Bu hal yeni bir buzlaq dövrü gəlməyənə qədər min illərlə davam edəcək. Son dövrlərdə isə qeyd edilir ki, biz yeni buzlaq dövrünə qədəm qoymuşuq. Ona görə də havalar tədricən belə şıltaqlıq edir", - deyə ekoloq bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/802642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR