"Qarabağ" - "Düdelanj" matçının biletləri satışa çıxarılır

"Qarabağ" - "Düdelanj" matçının biletləri satışa çıxarılır
18:28 17 Noyabr 2019
44 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda Lüksemburq "Düdelanj"ına qarşı keçirəcəyi ev oyununun biletləri noyabrın 19-dan satışa çıxarılacaq.

Sabah saat 12:00-dan satışda olacaq biletlərə sektorlar üzrə 2 manat, 5 manat, 10 manat, 50 manat və 75 manat qiymət qoyulub.

Onları "Park Bulvar"dakı "Qarabağ FK" fan-şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Gənclik Mall və 28 Mallda "iTicket" satış məntəqələrindən, "ASAN Sumqayıt" və onlayn olaraq iTicket.az-dan almaq mümkündür.

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:55-də başlanacaq./report


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/296406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR