Avropa Birliyi iqtisadiyyatı 1,3% artıb

Avropa Birliyi iqtisadiyyatı 1,3% artıb
19:37 17 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Avropa Birliyi (AB) iqtisadiyyatı, bu ilin üçüncü rübündə ikinci rüb ilə müqayisədə 0,3% və keçən ilin eyni dövrü ilə müqayisədə isə 1,3% artım qeyd edib.

Milli.Az marja.az-a istinadən bildirir ki, Avropa Statistika Ofisinin (Eurostat) açıqladığı məlumatlara görə, 19 üzvlü Avro Bölgəsində mövsümü amillər xaric ümumi daxili məhsul (ÜDM) ilin üçüncü rübündə bir əvvəlki rüb ilə müqayisədə 0,2% artıb. Avro Bölgəsində ÜDM artımı, 2018-in üçüncü rübü ilə müqayisədə isə 1,2% təşkil edib.

Avropa Birliyində isə mövsümü amillər xaric ümumi daxili məhsul ilin üçüncü rübündə əvvəlki rüb ilə  müqayisədə 0,3%, 2018-in üçüncü rübü ilə müqayisədə isə 1,3 artım qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/802740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR