"Benzemanın milliyə qayıtması mümkün deyil" - Federasiya prezidenti

"Benzemanın milliyə qayıtması mümkün deyil" - Federasiya prezidenti
19:57 17 Noyabr 2019
162 İdman
Ölkə mətbuatı
A- A+

Fransa Futbol Federasiyanın prezidenti Noel Le Qred Kərim Benzemanın milliyə qayıdıb-qyıtmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, federasiya rəhbəri yerli mətbuata açıqlamasında "Real"ın hücumçusunun bir daha yığmaya dəvət amayacağını deyib:

"Kərim əla futbolçudur, heç vaxt onun karyerası ilə bağlı iradımız olmayıb. Bu mövsüm bir daha necə lazımlı oyunçu olduğunu təsdiq edir. Amma milli komandaya gəlincə...Bu, mümkün deyil. Onun yığma macərası başa çatıb".

Xatırladaq ki, Benzema millidəki sabiq komanda yoldaşı Mateyu Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün 2015-ci ildən Fransa yığmasından uzaqlaşdırılıb və indiyə kimi milliyə çağırılmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/802974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR