Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunur

Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunur
20:12 17 Noyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan mətbəxi Fransanın paytaxtı Parisdə nümayiş etdirilir.
"Report"un Fransa bürosu xəbər verir ki, ölkəmiz Fransada Azərbaycanın Dostları Asossiasiyasının təşkilatçılığı ilə 15-17 noyabr tarixində Paris şəhərinin ən məşhur sarayı "Grand Palais"də (Böyük Saray - red) keçirilən "Festival du bien-manger"də ("Ləziz yeməklər" festivalı) təmsil olunur. 

Festival iştirakçılarına milli şirniyyatımızın tanınmış növlərindən olan şəkərburanın hazırlanması qaydaları, habelə xəmirin hazırlanması, üstünün bəzədilməsi və s. nümayiş olunub.

Təqdimat zamanı iştirakçılarla Azərbaycanla bağlı quiz keçirilib və düzgün cavab verənlərə Heydər Əliyev Fondunun nəşr etdirdiyi kitablar hədiyyə olunub. Məşhur fransız aşbazı Cyril Rouquet Provostun aparıcılığı ilə milli bayramlarımız, adət-ənənələrimiz, zəngin mətbəxımiz haqqında geniş məlumat verilib.

Ölkəmizin festivalda iştirakı Eduard Cointerau, Anne-Laure Descombin və Agora Expo şirkətlərinin rəhbərlik etdiyi "Beynəlxalq Qastronomiya Şəhərciyi" layihəsi ilə əməkdaşlığı çərçivəsində baş tutub. Fransada Azərbaycanın Dostları Assosiasiyası artıq 3 ildir "Beynəlxalq Qastronomiya Şəhərciyi" layihəsində iştirak edir.

120 yerli iştirakçi, 13 ölkə, 30-dan çox tanınmış aşpazın qatıldığı festival Fransanın ən böyük beynəlxalq bazarı olan Rungisin 50 illik yubileyinə həsr olunmuş mərasim çərçivəsində təşkil edilib.











Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/azerbaycan-metbexi-parisde-beynelxalq-festivalda-numayis-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR