"Barselona" Messi ilə danışıqlara başladı

İspaniyanın "Barselona" klubu futbolçusu Lionel Messi ilə müqavilənin müddətini uzatmaqla bağlı danışıqlara başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə klubun idman direktoru Erik Abidal bildirib.

"Bir müddətdir danışıqlar gedir. Hər şey futbolçu və onun ətrafının verəcəyi qərardan asılı olacaq. Ümid edirəm ki, yaxın vaxtlarda bu məsələ müsbət həllini tapacaq".

Qeyd edək ki, Messi ilə hazırkı müqavilənin vaxtı 2021-ci ilin yayında bitir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR