İranın 100-ə yaxın yaşayış məntəqəsində etiraz aksiyası keçirilib

İranın 100-ə yaxın yaşayış məntəqəsində etiraz aksiyası keçirilib
20:22 17 Noyabr 2019
97 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İranın 100-ə yaxın yaşayış məntəqəsində yanacağın qiymətinin qaldırılması ilə əlaqədar etiraz aksiyası keçirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, aksiya iştirakçılarının böyük hissəsi iğtişaşlarda və polislə toqquşmalarda iştirak etməyib.

Məlumata əsasən, ötən iki gün ərzində təxminən min nəfər aksiya iştirakçısı saxlanılıb.

Bildirilir ki, ümumilikdə aksiyalarda təxminən 87,5 min insan iştirak edib. Onlardan 82 mindən artığı kişi olub.

Həmçinin qeyd edilir ki, etirazçıların bir hissəsi polislərə hücum edib, bankların ofislərini, mağazaları yandırmağa çalışıb. Ümumilkdə təxminən 100 yerli maliyyə qurumunun nümayəndiliyi yandırılıb və ya qarət edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3150073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR