Çinin iqtisadi məlumatları proqnozlardan aşağıdır

Çinin iqtisadi məlumatları proqnozlardan aşağıdır
20:27 17 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Çində Oktyabr ayında sənaye istehsalı, pərakəndə satışlar və sərmayələr artım meylini davam etdirmiş olsa da proqnozlardan aşağı qalıblar

Çində açıqlanan iqtisadi məlumatlar proqnozları qarşılamayıb.

Milli.Az marja.az-a istinadən bildirir ki, Çinin Oktyabr ayı pərakəndə satışları 7.2% artıb. Proqnoz 7.8% idi. Sənaye istehsalı isə Oktyabr ayında 5.4% artım gözlənilməsinə qarşılıq 4.7% artıb.

Yanvar-Oktyabr dövründə investisiyalar illik müqayisədə 5.2% artıb. Bu, 1998-ci ildən bu yana ən yavaş artımdır.

Açıqlanan məlumatlar ticarət müharibəsinin ölkə iqtisadiyyatına mənfi təsir etdiyinə işarə edir. Digər tərəfdən ölkə daxilindəki tələb də zəifləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/802736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR