OPEC gələn il ciddi çətinliklə üzləşəcək

OPEC gələn il ciddi çətinliklə üzləşəcək
20:37 17 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) rəqiblərinin neft istehsalının artması fonunda 2020-ci ildə ciddi çətinliklə üzləşəcək.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatında deyilir.

Bildirilir ki, OPEC və kartellə əməkdaşlıq edən digər ölkələrin yaratdığı "OPEC plus" dövlətləri 2020-ci ildə daha güclü rəqiblərlə qarşılaşacaq və bu, gələn ay keçiriləcək toplantının əsas müzakirə mövzusu olacaq.

"OPEC plus" ölkələri xam neftlərinə olan tələbatın azalması və rəqiblərinin hasilatının gündəlik 1,8 milyon barreldən 2,3 milyon barrelədək artacağının gözlənilməsi səbəbindən ciddi problemlə üzləşəcək", - deyə agentlik bildirib.

Qedy edək ki, dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək. Dekabrın 4-də isə Vyanada OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq.

Xatırladaq ki, 2018-ci il dekabrın 7-də "OPEC plus" üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış "Əməkdaşlıq Bəyannaməsi"nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/802741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR