Bərdədə baş verən yol qəzasında 4 nəfər xəsarət alıb

Bərdədə baş verən yol qəzasında 4 nəfər xəsarət alıb
20:57 17 Noyabr 2019
106 Digər
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə Mirzəxan kəndində qeydə alınıb.
Belə ki, "VAZ-21011" və "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 - İsmaylov Ruslan Eldar oğlu, Fətəliyev Əlizamin İsrail oğlu, Allahyarova Türkan Eldar qızı və daha 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Xəsarət alanlardan birini vəziyyəti yaxşı olduğu üçün o evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-bas-veren-yol-qezasinda-4-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR