Portuqaliya seçmə mərhələ vasitəsilə də AVRO-2020-yə yüksəlib

Portuqaliya seçmə mərhələ vasitəsilə də AVRO-2020-yə yüksəlib
21:02 17 Noyabr 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Portuqaliya milli komandası AVRO-2020-yə seçmə mərhələ vasitəsilə də vəsiqə qazanıb.
"Report"un məlumatına görə, B qrupunda yer alan pireneylilər son tur matçında səfərdə Lüksemburqa qalib gəliblər - 2:0. Hesabı 39-cu dəqiqədə Brunu Fernandeş açıb. Kriştianu Ronaldu isə 86-cı dəqiqədə son nöqtəni qoyub.
Qrupun digər matçında Serbiya evdə Ukrayna ilə heç-heçə edib - 2:2.
Bununla da xallarını 17-yə çatdıran Portuqaliya 20 xala malik Ukrayna ilə birgə mərhələ adlayıb. Ronaldunun komandası daha əvvəl UEFA Millətlər Liqasının qalibi kimi final mərhələsinə yüksəlmişdi. İndi həmin vəsiqə A Liqasında sonrakı yerləri tutan, amma seçmə mərhələni dəf edə bilməyən komandalardan birinə qismət olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/portuqaliya-secme-merhele-vasitesile-de-avro-2020-ye-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR