Elektron siqaretin törətdiyi fəsadlar -

ABŞ-da 40 nəfərin ölümünə səbəb olan elekton siqaretin yaratdığı fəsadlar və onun səbəbləri məlum olub.

Metbuat.az xəbər verir ki, ABŞ-da ağciyər xəstəliklərinə səbəb olduğu üçün 40 nəfərin ölümünə yol açan elektron siqaretlərdəki zərərli maddənin vitamin E asetat adlı kimyəvi qatqı maddəsi olduğu üzə çıxıb.

ABŞ səhiyyə nazirliyindən verilən açıqlamada bildirilir ki, elektron siqaretlərdə istifadə edilən E asetat adlı kimyəvi qatqı maddəsi ölkədə insanların ağciyər xərçəngi olma sayını artıra bilər.

Qeyd olunub ki, ölkənin 10 əyalətində elektron siqaret istifadəçisi olan 29 xəstədən alınan nümunələrin üzərində aparılan testlərdən sonra narahatlıq doğuran məqamlar üzə çıxıb. Bildirilir ki, vitamin E asetat olduqca yapışqan bir maddədir. Bu maddə elektron siqaret vasitəsilə ağciyərə daxil edildikdən sonra qəlsəmələrə hopur və oradan çıxmır.

Nazir müavini Dr. Anne Schuchart bildirib ki, əldə edilən bu məlumatlar olduqca önəmlidir və gələcəkdə bu kimi halların baş verməməsi baxımından tibb sahəsi üçün olduqca vacib nəaliyyətdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR